Naxçıvanda avtobus dərəyə aşdı, 16 yaralı var - Fotolar - Yenilənib
Naxçıvanda avtobus qəzaya düşüb.
Liderxeber.az xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata əsasən, avtobusun dərəyə aşması nəticəsində 15-dən çox sərnişin xəsarət alıb.
Hadisə yerinə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşları cəlb olunub.
***
“Report”un məlumatına görə, qəzaya düşən avtobus Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu olub.
Hadisə nəticəsində avtobusun sürücüsü və 15 sərnişin xəsarət alıb.
Yaralı şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO
