Azərbaycandakı əmlaklarına həbs qoyuldu - Xanımının bank hesabları bloklandı

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin Azərbaycandakı əmlaklarına həbs qoyulub.
Liderxeber.az xəbər verir ki, iş adamına məxsus “Port Baku”dakı mənzilinə, bazarına, bundan başqa bu yaxınlarda “Sea Breeze”də aldığı yeni bir neçə mənzilə, çoxsaylı avtomobillərinə həbs qoyulub.
Bundan başqa, Adnan Əhmədzadənin özünün və həyat yoldaşı Gülsəfa Cəfərovanın Azərbaycan banklarındakı hesabları da bloklanıb.
Qeyd edək ki, Adnan Əhmədzadə bir neçə gün əvvəl həbs edilib. Ona qarşı mənimsəmə, dövlətin iqtisadi təhlükəsizliyinə təhdid yaradan cinayətlər üzrə ittiham elan olunub.
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI

04 mart 2025, Çərşənbə axşamı
Yol nişanlarındakı Nardaran adı niyə “Sea Breeze”ə dəyişdirilib? - Foto