Bakıda torpaq sahələri 20 faiz bahalaşdı

Bakıda torpaq bazarında aktivlik yüksəlib.
Liderxeber.az xəbər verir ki, bunu İqtisadiyyat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Palatasının sədr müavini Günay İsmayılqızı deyib.
Onun sözlərinə görə, şəhər mərkəzinə və inkişaf edən rayonlara yaxın, infrastrukturla təmin olunmuş torpaq sahələrinə tələbat çoxalıb.
G.İsmayılqızı bildirib ki, təklifin məhdudluğu və tikinti üçün əlverişli ərazilərə maraq nəticəsində torpaq qiymətlərində son dövrdə 15-20 faiz artım qeydə alınıb:
"Ümumilikdə, fərdi yaşayış evləri və torpaq bazarında qiymət artımı və yüksək aktivlik bazarın sabitliyini və davamlı inkişafını göstərir. Həm yeni, həm də köhnə tikililər üzrə tələbatın davam etməsi alıcı marağının geniş spektrdə olduğunu göstərir".
Oxşar Xəbərlər:

21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib

23 aprel 2024, Çərşənbə axşamı
Azərbaycan və Rusiya prezidentlərinin BAM veteranları və işçiləri ilə birgə görüşü keçirilib - FOTO