Pressa.az » Ölkə » Bakıda mənzillər 13 %-dən çox bahalaşıb

Bakıda mənzillər 13 %-dən çox bahalaşıb

21 yanvar 2025, Çərşənbə axşamı, 18:09
Bakıda mənzillər 13 %-dən çox bahalaşıb

2024-cü ildə Bakının mənzil bazarında qiymətlər 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,3 % artıb.

Bunu Liderxeber.az-a açıqlamasında "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri Vüqar Oruc bildirib.

Önun sözlərinə görə, ötən ilin dekabr ayında isə qiymətlər noyabr ayına nisbətən 1,8 % yüksəlib.

Təkrar mənzil bazarı

V.Oruc bildirib ki, ötən il təkrar mənzil bazarında yeni tikililərin qiymətləri (1 kvadrat metr üçün) əvvəlki illə müqayisədə 12,3 %, ötən ay isə 1,9 % artıb. Köhnə tikililər üzrə bu göstəricilər müvafiq olaraq 10,5 %  1,5 % təşkil edib.

Bazarda təklifin həcmi də artıb. Müsbət dinamika il ərzində 21 %, dekabr ayında isə 1,6 % olub.

İlkin mənzil bazarı

Onun sözlərinə görə, 2024-cü ildə ilkin mənzil bazarında qiymətlər isə 2023-cü ilə nisbətən 13,8 %, dekabrda isə 2 % artıb.

Bazarda təklifin həcmi isə il ərzində 18 %, dekabrda isə 2 % yüksəlib.

Kirayə bazarı

Kirayə bazarında isə fərqli dinamika müşahidə olunub. Ötən il mənzillərin 1 kvadrat metrinin kirayə qiyməti əvvəlki illə müqayisədə 8,5 % artıb, ötən ay isə 1,6 % azalıb.

Bazarda təklifin həcmi isə il ərzində 17,8 %, dekabr ayında isə 2,4 % yüksəlib.

V.Oruc qeyd edib ki, bu göstəricilər Bakının mənzil bazarında qiymətlərin yüksəliş trendində olduğunu göstərir.