İsmayıllıda 4 nəfər bıçaqlandı - Şübhəli şəxs saxlanıldı

Ötən gün İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.
Liderxeber.az xəbər verir ki, hadisə saat 23 radələrində rayonunun Talıstan kəndi ərazisində şəxsi münasibətlər zəminində olub.
Belə ki, hadisə zamanı rayon sakinləri - 2005, 2008, 2007 və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib.
Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Elşən Babayev saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Oxşar Xəbərlər:

24 dekabr 2024, Çərşənbə axşamı
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür