Pressa.az » Ölkə » “DOST konsepsiyası Mehriban Əliyevanın təşəbbüsüdür”

“DOST konsepsiyası Mehriban Əliyevanın təşəbbüsüdür”

05 noyabr 2026, Cümə axşamı, 12:56
“DOST konsepsiyası Mehriban Əliyevanın təşəbbüsüdür”

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına mediatur təşkil olunub.

Liderxeber.az xəbər verir ki, mediatur çərçivəsində media nümayəndələri və blogerlər Naxçıvan Regional DOST Mərkəzində olublar.

Burada Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə açıqlama verib. O bildirib ki, avqustun 11-də Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana səfəri regionun sosial-iqtisadi inkişafını, eyni zamanda gələcək inkişaf prinsiplərini müəyyənləşdirməsi baxımından mühüm əhəmiyyət daşıyan hadisə olub: “Bu səfər çərçivəsində bir sıra tədbirlər həyata keçirildi. Həmin tədbirlərdən biri də Naxçıvan Regional DOST Mərkəzinin açılışı oldu. Açılışda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak etdi. DOST konsepsiyası Mehriban Əliyevanın təşəbbüsüdür”.

Nazir qeyd edib ki, Naxçıvan Regional DOST mərkəzi ölkədə fəaliyyət göstərən 8-ci DOST Mərkəzidir: “Burada vətəndaşlara 100-dən çox əməkdaş və 50-yə yaxın könüllü tərəfindən xidmətlər göstərilir. Bu mərkəz gün ərzində 500-600 vətəndaşı qəbuletmə gücündədir. Bizim növbəti hədəfimiz Muxtar Respublikanın rayonlarında da bu xidmətlərin vətəndaşlara əlçatanlığını təmin etməkdir. Bu məqsədlə məhz Naxçıvan Regional DOST Mərkəzinin Muxtar Respublikanın bütün rayonlarında qəbul şöbəsinin yaradılmasını planlaşdırırıq. Hazırda əsaslı təmir işləri istiqamətində tədbirlər həyata keçirilir”.