Tərtərdə ağır qəza - Ölən var
Tərtərdə ağır yol qəzası baş verib.
Liderxeber.az xəbər verir ki, hadisə Hindarx-Borsunlu avtomobil yolunun İlxıçılar kəndidən keçən hissəsində qeydə alınıb.
Belə ki, 1962-ci il təvəllüdlü Tərtər rayon sakini Qamət Məmməd oğlu İsbəndiyarov “Qazel” markalı yük avtomobillə hərəkətdə olarkən 2001-ci il təvəllüdlü Goranboy rayon Qızılhacılı kənd sakini Eltun Müşviq oğlu Həsənovun idarə etdiyi “KİA” markalı avtomobilə çırpılıb.
Nəticədə “KİA”nın sürücüsü E.Həsənov hadisə yerində həyatını itirib. Yük avtomobilinin sürücüsü Q.İsbəndiyarov ağır xəsarət alaraq Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:
18 aprel 2024, Cümə axşamı
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib
25 may 2024, Şənbə
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfvi ilə bağlı Sərəncam imzalayıb - SİYAHI
24 iyun 2024, Bazar ertəsi
Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar - Siyahı
