Pressa.az » Ölkə » Sabirabadda toyda qətl

Sabirabadda toyda qətl

10 oktyabr 2025, Cümə, 10:10
Sabirabadda toyda qətl

Ötən gecə Sabirabadda toy mərasimində bıçaqlanan şəxs xəstəxanada ölüb.

Liderxeber.az xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü kənd sakini Telxas Telman oğlu İsrafilov toy mərasimində bıçaq xəsarətləri alıb.

O, xəstəxanaya çatdırılsa da, əməliyyat zamanı vəfat edib. Hadisəni törətməkdə şübhəli bilinən İsrafilovun tanışı, 1984-cü il təvəllüdlü Qaragüney kənd sakini Xəqani Muradov polis tərəfindən saxlanılıb.

Bildirilib ki, hadisə sərxoş halda olan şəxslərin mübahisəsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.