Pressa.az » Ölkə » Qızılın qiyməti tarixdə ən yüksək həddə çatdı

Qızılın qiyməti tarixdə ən yüksək həddə çatdı

14 oktyabr 2025, Çərşənbə axşamı, 09:09
Qızılın qiyməti tarixdə ən yüksək həddə çatdı

Qızılın qiyməti dünya maliyyə bazarlarında yeni rekorda imza ataraq bütün zamanların ən yüksək səviyyəsinə yüksəlib.

Liderxeber.az-ın məlumatına görə, Nyu-Yorkun “Comex” əmtəə birjasında ticarət olunan qızıl fyuçerslərinin dəyəri bir unsiya üçün 4 150 dolları ötüb.

Bu göstərici qızılın tarixində qeydə alınan ən yüksək qiymətdir.

Bakı vaxtı ilə saat 03:59-a olan məlumata əsasən, qiymətli metal bir unsiya üçün 4 146,5 dollardan (+1,88%) satılıb.