Hərbi Prokurorluqda - Yeni təyinatlar
Azərbaycan Hərbi Prokurorluğunda yeni təyinatlar olub.
Liderxeber.az-ın əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmrlər imzalanıb.
Ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.
Bundan başqa, Şəmkir hərbi prokurorunun müavini ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru vəzifəsinə təyin olunub.
İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi ədliyyə mayoru Elxan Salamzadə isə Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.
Respublika Hərbi Prokurorluğundan təyinatları saytımıza təsdiq ediblər.
Qeyd edək ki, bir müddətdir Hərbi Prokurorluqda kadr islahatları aparılır.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
17 yanvar 2025, Cümə
Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsində dövlət ittihamçılarından ibarət qrup yaradılıb, adlar məlum olub
21 yanvar 2025, Çərşənbə axşamı
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda geniş kollegiya iclası keçirilib
