Pressa.az » Ölkə » Yol bağlandığı üçün avtomobildə doğulan körpə öldü

Yol bağlandığı üçün avtomobildə doğulan körpə öldü

23 oktyabr 2025, Cümə axşamı, 13:42
Yol bağlandığı üçün avtomobildə doğulan körpə öldü

Xaçmazda körpə avtomobildə doğuş zamanı ölüb.

Liderxeber.az xəbər verir ki, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğum üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən ərazidən keçən dəmir yolu xətti təmirə bağlandığına görə avtomobildə qalaraq xəstəxanaya çata bilməyib.

Nəticədə doğuş “VAZ-21010” markalı nəqliyyat vasitəsində baş tutub. Ancaq bütün səylərə baxmayaraq, yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb.

X.A. isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.