Əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 10,6 milyard manatı ötüb
Cari ilin ilk 9 ayında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2024-cü ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9.1 faiz artaraq 10 milyard 563.1 milyon manat təşkil edib.
Liderxeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə göstərilən xidmətlərin həcmi 7 milyard 942.9 milyon manat olub.
Dövlət mülkiyyətində olan xidmətlər 2 milyard 291 milyon manat olub ki, bu da 2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 8.7 faiz artım deməkdir. Qeyri-dövlət mülkiyyətində olan xidmətlərin həcmi isə 8 milyard 272.1 milyon manat, artım tempi 9.2 faiz olaraq qeydə alınıb. Onlardan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərin həcmi 2 milyard 620.2 milyon manat olub, bu da 9.5 faiz artımı göstərir.
Hər bir ölkə sakini orta hesabla 1 031.6 manat dəyərində ödənişli xidmətlərdən istifadə edib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 142.3 manat çoxdur.
