Bakı Metropolitenində yeni təyinat
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Ətraf mühit, sağlamlıq və təhlükəsizlik departamentinə yeni rəis təyin edilib.
Liderxeber.az xəbər verir ki, QSC sədri Vüsal Aslanovun müvafiq əmri ilə sözügedən vəzifəyə Samir Allahverdiyev gətirilib.
Qeyd edək ki, Samir Allahverdiyev bundan əvvəl "Umid Babek Operating Company" və "AzərGold" şirkətlərində sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitinin (SƏTƏM) müdiri olub.
Xatırladaq ki, bu ilin aprel ayında sözügedən vəzifəyə təyin edilən Aqil Allahverdiyev oktyabrda karyera yüksəlişini fərqli istiqamətdə davam etdirmək istəyini bildirərək öz ərizəsi ilə işdən ayrılıb.
Oxşar Xəbərlər:
27 yanvar 2024, Şənbə
Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı təsdiqlənib
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
26 dekabr 2024, Cümə axşamı
Vüsal Şıxəliyev “Caspian Energy Club”a üzv olan iri holdinqlərlə görüş keçirib
