Pressa.az » Ölkə » Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb

Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb

15 noyabr 2025, Şənbə, 12:02
Növbəti köç karvanı Zəngilanın Məmmədbəyli kəndinə çatıb

Zəngilan rayonunun Məmmədbəyli kəndinə yola salınan köç karvanı çatıb.

Liderxeber.az xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə kəndə 30 ailə - 143 nəfər köçürülüb.

Noyabrın 15-də Bakıdan Zəngilan rayonunun Məmmədbəyli və Ağdam rayonunun Xıdırlı kəndlərinə növbəti köç karvanı yola düşüb.

Liderxeber.az xəbər verir ki, bu mərhələdə Məmmədbəyli kəndinə 30 ailə - 143 nəfər, Xıdırlı kəndinə isə 50 ailə - 219 nəfər köçürülür.