Azərbaycanda “Youtube”a girişdə problem yaranıb
Məlum olduğu kimi, ötən gün qlobal kibertəhlükəsizlik xidmətləri göstərən “Cloudflare” şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem baş verib.
Liderxeber.az xəbər verir ki, nasazlıq nəticəsində müxtəlif ölkələrdə çoxsaylı internet resurslarına girişdə problemlər yaranıb.
Bununla əlaqədar olaraq, gecə saatlarından etibarən Azərbaycanda “Youtube” platformasına girişdə problem yaranıb. Həmçinin “X” platformasının da işində problem müşahidə olunur.
İstifadəçilər bu resurslara daxil olmaqla bağlı çətinliklərlə üzləşirlər.
“Downdetector” xidməti də Azərbaycanda nasazlıqlar barədə məlumatların daxil olduğunu təsdiqləyib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
13 mart 2025, Cümə axşamı
“Bu, Azərbaycanın qlobal miqyasda etibarlı tərəfdaş kimi rolunu gücləndirəcək”
02 yanvar 2025, Cümə axşamı
Azərbaycanın İKT sektoru: Rəqəmsal iqtisadiyyat dayanıqlı inkişafın yeni drayveri
