Sədərək rayonunda 15 yaşlı qızın nişan mərasiminin qarşısı alındı
Naxçıvan Muxtar Respublikası (MR) Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 15 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb.
Liderxeber.az xəbər verir ki, rayonun Dəmirçi kəndində 21 yaşlı şəxslə 15 yaşlı qız arasında keçirilməsi nəzərdə tutulan nişan mərasimi barədə daxil olan məlumat araşdırılıb və müvafiq tədbirlər görülüb.
Erkən nikaha yol verilməməsi üçün tərəflərlə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri bir daha izah edilib.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
20 oktyabr 2025, Bazar ertəsi
Valideynin doğum haqqında şəhadətnaməsi olmayan cütlüklər nikaha girmək üçün nə etməlidirlər?
