Pressa.az » Ölkə » Bakı Metropoliteni Fransadan 172 min manatlıq ox sayğacı başlıqları sifariş etdi

Bakı Metropoliteni Fransadan 172 min manatlıq ox sayğacı başlıqları sifariş etdi

25 noyabr 2025, Çərşənbə axşamı, 15:06
Bakı Metropoliteni Fransadan 172 min manatlıq ox sayğacı başlıqları sifariş etdi

"Bakı Metropoliteni" QSC İşarəvermə və Rabitə Xidməti üçün SK30K tipli ox sayğacı başlıqlarının alınması ilə bağlı yeni satınalmaya yekun vurub.

Liderxeber.az xəbər verir ki, bir mənbə əsasında həyata keçirilən satınalma üzrə müqavilə Fransanın "Hitachi Rail GTS France SAS" şirkəti ilə bağlanıb. Satınalmanın ümumi dəyəri 172 min 331 manat 25 qəpik təşkil edir.

"Hitachi Rail GTS France SAS" metro və dəmir yolları üçün siqnalizasiya və nəzarət-kommunikasiya sistemləri hazırlayan, "Hitachi Rail"ə məxsus Fransada yerləşən nəqliyyat texnologiyaları şirkətidir.