Daşkəsəndə ev yandı - Xəsarət alan var
Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində yanğın olub.
Liderxeber.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, ümumi sahəsi 60 m² olan kürsülü, birmərtəbəli, 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
