Restoranda baytarlıq nəzarəti olmadan saxlanılan heyvanlar aidiyyəti üzrə təhvil verilib
Təhlükəli xəstəliklərin qarşısının alınması və biotəhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə epizootoloji komissiyanın üzvləri ilə birgə Hacıqabul rayonu, Pirsaat qəsəbəsində yerləşən "Fədək" restoranında monitorinq keçirilib.
Liderxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, monitorinq zamanı restoranda müəyyən edilmiş quşlara baytar həkim tərəfindən kliniki baxış keçirilib və aidiyyəti üzrə təhvil verilib. Ərazi dezinfeksiya, dezinseksiya və deratizasiya olunaraq müvafiq tədbirlər görülüb.
Oxşar Xəbərlər:
31 yanvar 2024, Çərşənbə
Sialə Rüstəmova: İnstitut baytarlığın problemlərinin həllinə dair elmi-tədqiqat işləri aparır
26 iyun 2025, Cümə axşamı
Hacıqabul Quşçuluq Şirkəti: Qərəzli kampaniyalara qarşı hüquqi tədbirlər görüləcək
