AMB üç bank olmayan kredit təşkilatının vəzifəli şəxslərini cərimələdi
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən aparılan cari nəzarət tədbirləri nəticəsində bir neçə bank olmayan kredit təşkilatında (BOKT) qanunvericilik tələblərinin pozulduğu müəyyən edilib.
Liderxeber.az AMB-yə istinadən xəbər verir ki, nəzarət nəticələri əsasında İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə uyğun olaraq, üç təşkilatın vəzifəli şəxslərinə inzibati cərimələr tətbiq edilib.
Belə ki, "Nova Credit BOKT" MMC-nin vəzifəli şəxsi 4 min manat, "BOKT İDK" MMC-nin vəzifəli şəxsi 2 min manat, "Azərbaycan Mikro-Kredit BOKT" ASC-nin vəzifəli şəxsi isə 10 min manat məbləğində cərimə olunublar.

