Metronun "İçərişəhər" stansiyasının yaxınlığındakı parklanmanın bağlanma səbəbi bilindi
Bakı şəhəri, Səbail rayonu, metronun "İçərişəhər" stansiyasının yaxınlığındakı - Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının qarşısında yerləşən parklanma zonasına girişin məhdudlaşdırılmasının səbəbi məlum olub.
Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat verib.
Qurumdan bildirilib ki, hazırda Bakı metropolitenində xətlərin ayrılması layihəsi çərçivəsində "İçərişəhər" stansiyasında dönmə kamerasının inşasına hazırlıq işləri görülür:
:İşlərə başlandığı zaman ictimaiyyətə məlumat təqdim ediləcək".
Oxşar Xəbərlər:
27 yanvar 2024, Şənbə
Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin siyahısı təsdiqlənib
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
