Pressa.az » Ölkə » General Müdafiə Nazirliyində yüksək vəzifəyə - Təyin olundu

General Müdafiə Nazirliyində yüksək vəzifəyə - Təyin olundu

13 dekabr 2025, Şənbə, 11:05
General Müdafiə Nazirliyində yüksək vəzifəyə - Təyin olundu

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub.

Liderxeber.az-ın əldə etdiyi özəl məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib.

Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib.

Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci Qarabağ müharibəsi işitirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb.