Ağdamda minaya düşən traktorçunun vəziyyəti açıqlandı
Dekabrın 17-i saat 22:40-da bir nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Liderxeber.az-ın sorğusuna cavab olaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Məlumatda qeyd olunub ki, 1982-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin termiki yanığı, sol said nahiyəsinin açıq yarası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib:
"İxtisaslı tibbi xidmətin göstərilməsi üçün pasiyent saat 23:30-da Mingəçevir şəhərində özəl tibb müəssisəsinə təxliyə olunub".
Oxşar Xəbərlər:
10 aprel 2025, Cümə axşamı
Oğuzda avtomobilin aşması nəticəsində xəsarət alan müəllimlərin son durumu açıqlandı
09 dekabr 2024, Bazar ertəsi
Füzulidə ANAMA əməkdaşları yol qəzasına düşüb, xəsarət alanların son durumu açıqlanıb
28 avqust 2025, Cümə axşamı
Sabirabadda ölümlə nəticələnən avtoqəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANDI
