Pressa.az » Ölkə » Hacıqabulda zəncirvari qəza : Beş nəfər xəsarət aldı

Hacıqabulda zəncirvari qəza : Beş nəfər xəsarət aldı

07 yanvar 2026, Çərşənbə, 11:09
Hacıqabulda zəncirvari qəza : Beş nəfər xəsarət aldı

Hacıqabulda zəncirvari qəza olub.

Liderxeber.az xəbər verir ki, hadisə Hacıqabul-Bəhrəmtəpə magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

"QAZel" markalı avtomobillə iki KIA markalı maşın toqquşub.

Nəticədə beş nəfər xəsarət alaraq Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.