Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç karvanı yola salınıb
Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Xanyurdu, Təzəbinə və Ağdərə rayonunun Həsənriz kəndlərinə növbəti köç karvanı yola salınıb.
Liderxeber.az xəbər verir ki, bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə beş ailə - 25 nəfər, Xocalı rayonunun Xanyurdu kəndinə altı ailə - 24 nəfər, Təzəbinə kəndinə səkkiz ailə - 41 nəfər, Ağdərə rayonunun Həsənriz kəndi isə on ailə - 52 nəfər daimi qayıdışı həyata keçirilir.
Bununla da ümumilikdə Xanyurdu kəndində 129 ailə (455 nəfər), Təzəbinə kəndinə isə 147 ailə (650 nəfər), Ağdərə rayonu Həsənriz kəndinə isə 724 ailə, (2718 nəfər) daimi qayıdışı təmin edilib.
Oxşar Xəbərlər:
18 aprel 2024, Cümə axşamı
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib
18 noyabr 2025, Çərşənbə axşamı
Növbəti köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb, açarlar təqdim edilib
25 noyabr 2025, Çərşənbə axşamı
Xocalının Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
