Xocalının Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb
Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndlərinə növbəti köç karvanları yola salınıb.
Liderxeber.az xəbər verir ki, bu mərhələdə Təzəbinəyə 16 ailə (66 nəfər), Xanyurduya isə 11 ailə (38 nəfər) köçürülür.
Bu kəndlərə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, Təzəbinə kəndinə köçürülən ailələrin sayı 126-ya (567 nəfər), Xanyurduda məskunlaşan ailələrin sayı isə 110-a (378 nəfər) çatacaq.
Oxşar Xəbərlər:
24 fev 2025, 17:11
14 iyl 2025, 09:13
30 apr 2025, 14:03
