Pressa.az » Ölkə » Doğma Vətənə qayıdış!

Doğma Vətənə qayıdış!

01 sentyabr 2023, Cümə, 16:40
Doğma Vətənə qayıdış!
Azərbaycan dövlətinin yaşaması, qüdrətli ölkə kimi təşəkkülü üçün Ümummilli lider Heydər Əliyevə minnətdarıq. Dövlətimizin dövlətçilik ənənələrinin qurulmasında misilsiz əməyi olan dahi rəhbər Heydər Əliyev xalqımızın suverenlik arzusunu reallığa çevirmişdir. Ulu Öndərin Azərbaycana rəhbərliyi etdiyi dövrlərdə xalqımızın tərəqqisi naminə göstərdiyi xidmətlər saysızdır. Bu mənada xalqımız öz böyük oğlu Heydər Əliyevi yalnız siyasi lider kimi deyil, həm də milli dövlətçilik ideologiyasının  müəllifi kimi qəbul edir. Heydər Əliyev 1990-cı il iyulun 20-də çox çətin siyasi məqamda Moskvadan Bakıya gəldi. İki gün sonra-iyulun 22-də isə o zamankı rəhbərliyin təhdid və təzyiqləri nəticəsində Bakıdan Naxçıvana getməyə məcbur oldu.
Bu Qayıdış təkcə qədim Naxçıvanın deyil, ümumilikdə Azərbaycan tarixinin yeni bir dövrünün başlanğıcı idi. Ulu Öndərin Naxçıvana qayıdışı,  vətənə, böyük siyasətə qətiyyətli qayıdışı idi. 22 iyul 1990-cı il tarixi bəlkə də dövlətçilik salnaməmizə yazılan ən şanslı tarixlərdən biridir. 1990-cı il noyabr ayının 17-də XII çağırış Naxçıvan MSSR Ali Sovetinin ilk sessiyası böyük xilaskarın sədrliyi ilə keçirildi və çox mühüm tarixi qərarlar qəbul olundu. Sessiya Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adını dəyişdirərək Naxçıvan Muxtar Respublikası adlandırmağı qərara aldı. 1991-ci il sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin  sessiyasında  Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Azərbaycanın siyasi tarixində özünə parlaq iz qoymuş bu dahi şəxsiyyətin Naxçıvanda yenidən siyasi hakimiyyətə qayıdışı və Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi Prezident, Müzəffər Ali Baş Komandan və qətiyyətli Lider cənab İlham Əliyev beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən öz Vətəninin və xalqının xeyrinə məharətlə istifadə edir, yurdumuzu gözlənilməz və gözlənilən risklərdən uğurla qoruyur. Prezidentimiz dünyada gedən siyasi və iqtisadi proseslərə dərindən bələddir,  dünya meydanında baş verə biləcək bütün dəyişiklikləri əvvəlcədən görür.
44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan xalqı bilavasitə Prezident İlham Əliyevin müdrik rəhbərliyi, strateqliyi, diplomatik  ustalığı və sərkərdəlik məharəti nəticəsində şanlı tarix yazdı. 44 günlük müharibədə doğma Vətən naminə çarpışan Azərbaycan igidlərinə Ali Baş Komandan bilavasitə özü başçılıq etdi. Xalqımızın gələcəyinə hesablanmış önəmli islahatlar həyata keçirən böyük dövlət xadimi İlham Əliyevin inkişafın bütün sahələrini əhatə edən zəfər yürüşü uğurla davam edir!
 
Aynur Ağayeva;
Neftçala rayon sakini