Sabah güclü külək əsəcək - Xəbərdarlıq
İyunun 2-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Liderxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilb ki, sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Goranboy, Daşkəsən, Neftçala, Mingəçevir, Bərdə, Yevlax,Tərtər, Quba, Qusarda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.
Oxşar Xəbərlər:
17 apr 2026, 16:22
28 okt 2025, 17:40
02 apr 2026, 17:19
14 may 2025, 16:31
