Azərbaycan builki “Uşaq Avroviziya”da iştirak etməyəcək
Azərbaycan bu ilin oktyabrında Maltada təşkil ediləcək “Uşaq Avroviziya” mahnı müsabiqəsində iştirak etməyəcək.
Liderxeber.az “Eurovoix” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı İctimai Televiziyanın (İTV) mətbuat xidmətinin rəhbəri Turab Teymurov təsdiqləyib.
Azərbaycanın builki müsabiqədə iştirak etməməsinin səbəbi isə açıqlanmayıb.
Xatırladaq ki, Azərbaycanı ötən il sözügedən müsabiqədə “Miau Miau” adlı mahnı ilə Yağmur təmsil etmişdi. O, müsabiqəni 66 xalla 15-ci pillədə başa vurub.
Oxşar Xəbərlər:
21 iyul 2024, Bazar günü
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib
14 may 2025, Çərşənbə
Azərbaycan təmsilçisi "Avroviziya - 2025"in ilk yarımfinalında mübarizəni dayandırıb
