Yeniyetmə kanalda batdı - Yenilənib
Ucar sakini kanalda batıb.
Liderxeber.az-ın məlumatına görə, rayonun Qəzyan Arxı kanalında 16 yaşlı yeniyetmə boğulub.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.
Yeniyetmənin axtarışları davam edir.
***
Qazyan arxının Ucar rayonu, Rəstəcə kəndi ərazisindən keçən hissəsində batmış 2010-cu il təvəllüdlü Əlisafa Hacıyevin meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar Xəbərlər:
18 aprel 2024, Cümə axşamı
Azərbaycan QHT-ləri, Qarabağ və Şərqi Zəngəzur sakinləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub göndərib
19 fevral 2024, Bazar ertəsi
İmişlidə kanalda batması ehtimal olunan 11 yaşlı uşağın axtarışları davam edir - VİDEO
