Pressa.az » Ölkə » Əkinçilik ETİ-nin əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Əkinçilik ETİ-nin əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

09 oktyabr 2023, Bazar ertəsi, 12:48
Əkinçilik ETİ-nin əməkdaşı beynəlxalq tədbirdə iştirak edib

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Bosniya və Herseqovinada keçirilən XIV Beynəlxalq Simpoziumda iştirak edib

LiderXəbər xəbər verir ki, Bosniya və Herseqovinanın Jahorina vilayətində XIV Beynəlxalq Kənd Təsərrüfatı Simpoziumu keçirilib. Simpoziuma müxtəlif ölkələrdən iştirakçılar qatılıb. Simpoziumda Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun əməkdaşı a.ü.f.d. Rəhilə İslamzadə iştirak edib. Onun məqaləsində Dağlıq-Şirvanda "Cəlilabad-19" arpa sortu ilə apardığı təcrübələrdən bəhs olunub. Bitkinin məhsuldarlıq elementlərinin səpin və gübrə normalarından, həmçinin tədqiqat illərində iqlim amillərindən asılı olaraq dəyişməsi qeyd olunub.