Pressa.az » Ölkə » Keçən il 158 mühafizə orderi icraatda olub

Keçən il 158 mühafizə orderi icraatda olub

25 oktyabr 2023, Çərşənbə, 13:27
Keçən il 158 mühafizə orderi icraatda olub

Azərbaycanda 2022-ci ildə mühafizə orderi alanların sayı açıqlanıb.

LiderXəbər-in xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə Məlumatına əksini tapıb.

Qeyd edilib ki, 2022-ci il ərzində 146-sı qısamüddətli, 12-si uzunmüddətli olmaqla 158 mühafizə orderi icraatda olub. Onlardan 151 qadınlar, 7-si kişilər barədədir.