Bəzi yerlərə yağış, Şahdağa qar yağıb - FAKTİKİ HAVA
Noyabrın 4-ü saat 9:00-a olan məlumatına əsasən 03-də axşam, 04-də gecə və səhər bəzi yerlərdə arabir yağış yağıb.
Bu barədə LiderXəbər-ə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Qeyd edilib ki, Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb.
Düşən yağıntının miqdarı Şəki, Zaqatala, Balakəndə 3 mm, Qax, Quba, Ordubad, Şahbuz, Sədərək, Şərurda, İmişli, Şabran, Sabirabad, Lənkəran, Naxçıvan, Qusar, Şahdağ, Mingəçevir, Kürdəmirdə 2 mm-dək olub.
Duman Şərur, Biləsuvar, Cəfərxan, Lerik, Qobustan, Şamaxı, Qusar, Quba, Sumqayıtda müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib.
Oxşar Xəbərlər:
26 oktyabr 2023, Cümə axşamı
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin vətəndaş qəbulu CƏDVƏLİ
29 iyun 2023, Cümə axşamı
Bölgələrdə leysan yağıb, Bakıda temperatur normadan yüksək olub - FAKTİKİ HAVA