Pressa.az » Ölkə » Bölgələrdə leysan yağıb, Bakıda temperatur normadan yüksək olub - FAKTİKİ HAVA

Bölgələrdə leysan yağıb, Bakıda temperatur normadan yüksək olub - FAKTİKİ HAVA

29 iyun 2023, Cümə axşamı, 11:22
Bölgələrdə leysan yağıb, Bakıda temperatur normadan yüksək olub - FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyunun 29-u saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Balakəndə 10 mm, Göygöldə 9 mm, Daşkəsən, Gədəbəydə 8 mm, Qax, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Qəbələ, Şəki, Şahdağ, Mingəçevir, Göyçayda 2 mm-dək olub.

Şimal-qərb küləyi arabir Daşkəsəndə 23 m/s, Sabirabadda 17 m/s, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.7 metrə çatıb.


Havanın maksimal temperaturu iyunun 28-də Bakıda iqlim normasından 2 dərəcə yuxarı olub, Bakıda və Abşeron yarımadasında 30 dərəcəyədək, Naxçıvan MR-da 33-35 dərəcə, dağlıq rayonlarda 20-24 dərəcə, aran rayonlarında 35 dərəcəyədək isti olub.

Oxşar Xəbərlər:

Sabah Bakıda 25° isti olacaq
13 aprel 2023, Cümə axşamı
Sabah Bakıda 25° isti olacaq
Sabahın hava proqnozu
30 may 2023, Çərşənbə axşamı
Sabahın hava proqnozu