Goranboyda zəhərlənmə faktı qeydə alınıb.
LiderXəbər-in yerli bürosunun məlumatına görə rayon sakini, 1994-cü il təvəllüdlü Turanə Novruzova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Qadına yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə T.Novruzova yaşadığı evin vanna otağında dəm qazında zəhərlənib.