Pressa.az » Ölkə » Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları ixtira patenti alıblar

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları ixtira patenti alıblar

07 yanvar 2024, Bazar günü, 13:19
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşları ixtira patenti alıblar

Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) əməkdaşları ixtiralarına görə patent alıblar. Üzümçülük və Şərabçılıq ETİ-nin direktoru Vüqar Səlimov, aparıcı elmi işçilər Şamil Tahirov, Mövlud Hüseynov və laboratoriya müdiri Vüsalə Şükürova tərəfindən təqdim olunmuş ixtiraya Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən patent verilib.

Patent “Üzüm çəyirdəyi yağının istehsal üsulu” adlı ixtiraya görə alınıb. Qeyd edək ki, ixtira yağ-piy sənayesinə, xüsusilə ekstraksiya üsulu ilə üzüm çəyirdəyindən yağın alınmasına aiddir.

Məqsəd yüksək keyfiyyətli, saxlanmaya davamlı, orqanolepik göstəriciləri ilə seçilən, zəngin tərkibə, bitki yağlarına xas olan dada və xoş ətrə malik olan, iqtisadi cəhətdən səmərəli üzüm toxumu yağının istehsalı üsulunun işlənib hazırlanmasına nail olmaqdır. Bu üsulla əldə olunmuş yağ həm kosmetoloji praktikada, həm də qida məqsədilə işləndikdə kənar təsirlər göstərmir