Pressa.az » Ölkə » Sabah bəzi yerlərdə 19 dərəcə isti olacaq - PROQNOZ

Sabah bəzi yerlərdə 19 dərəcə isti olacaq - PROQNOZ

08 yanvar 2024, Bazar ertəsi, 15:30
Sabah bəzi yerlərdə 19 dərəcə isti olacaq - PROQNOZ

Yanvarın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gecəyə doğru arabir güclənəcək.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi axşama doğru bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.

Oxşar Xəbərlər:

Sabahın hava proqnozu
27 dekabr 2023, Çərşənbə
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
16 noyabr 2023, Cümə axşamı
Sabahın hava proqnozu