Deputat: Heydər Əliyev Fondunun uşaqlara diqqət və qayğısı sonsuzdur
Ümummilli Lider Heydər Əliyevin adını daşımaqla yanaşı, o Böyük Siyasətçinin ideyalarını yüksək səviyyədə həyata keçirən Heydər Əliyev Fondunun uşaqlara diqqət və qayğısı sonsuzdur.
Böyük minnətdarlıq hissi ilə qarşıladığımız bu xeyirxah əməllər Fondun prezidenti Mehriban xanım Əliyeva və vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrdən olan uşaqları, o cümlədən autizm spektrli, talassemiya və onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqları tam əhatə edib.
Uşaqlara xüsusi diqqət və qayğısı, nəcib əməlləri ilə seçilən Leyla Əliyeva tərəfindən onlara davamlı olaraq müxtəlif şəkildə dəstək və yardımlar göstərilir. Bu isə təbii olaraq Leyla xanımın necə böyük ürək sahibi olmasının, mehriban və qayğıkeşliyinin göstəricisidir.
Fəaliyyətini humanizm prinsipləri üzərində quran Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu günlərdə Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klinikasında olub. Şəfqət duyğularını özündə təcəssüm edən Leyla xanım, klinikada olduğu zaman müalicə alan uşaqların vəziyyəti ilə maraqlanıb, öz diqqət və qayğısını növbəti dəfə nümayiş etdirib.
Azərbaycan Autizm Assosiasiyasının prezidenti olaraq Leyla xanım Əliyevaya gördüyü xeyirxah əməllərə görə dərin təşəkkürümü bildirir, bütün Azərbaycan xalqının rəğbətlə qarşıladığı xeyirxah işlərində uğurlar arzulayıram.
Jalə Əhmədova
Milli Məclisin deputatı