Pressa.az » Ölkə » Şagird yerdəyişməsi müvəqqəti dayandırılıb

Şagird yerdəyişməsi müvəqqəti dayandırılıb

10 yanvar 2024, Çərşənbə, 17:24
Şagird yerdəyişməsi müvəqqəti dayandırılıb

Bu gün saat 17:00-dan 2023–2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılıb.

Elm və Təhsil Nazirliyindən LiderXəbər-ə verilən xəbərə görə, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq, XI sinif üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmə prosesinin yenidən başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.