Pressa.az » Ölkə » Sabah hava buludlu olacaq

Sabah hava buludlu olacaq

18 yanvar 2024, Cümə axşamı, 12:50
Sabah hava buludlu olacaq

Yanvarın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var.

Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.


Oxşar Xəbərlər:

Sabahın hava proqnozu
21 oktyabr 2023, Şənbə
Sabahın hava proqnozu
Sabahın hava proqnozu
03 mart 2023, Cümə
Sabahın hava proqnozu
Sabah Bakıda 25° isti olacaq
13 aprel 2023, Cümə axşamı
Sabah Bakıda 25° isti olacaq