Pressa.az » Ölkə » 20 Yanvar Günü hava necə olacaq?

20 Yanvar Günü hava necə olacaq?

19 yanvar 2024, Cümə, 13:21
20 Yanvar Günü hava necə olacaq?

Yanvarın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər bəzi şərq rayonlarında arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Oxşar Xəbərlər:

Sabah Bakıda 25° isti olacaq
13 aprel 2023, Cümə axşamı
Sabah Bakıda 25° isti olacaq
Sabah hava buludlu olacaq
18 yanvar 2024, Cümə axşamı
Sabah hava buludlu olacaq
Sabahın hava proqnozu
21 oktyabr 2023, Şənbə
Sabahın hava proqnozu