Pressa.az » Ölkə » Baş prokuror Binəqədidə baş verən yanğından danışıb: Təqsirli şəxslər məsuliyyətə cəlb ediləcək

Baş prokuror Binəqədidə baş verən yanğından danışıb: Təqsirli şəxslər məsuliyyətə cəlb ediləcək

20 yanvar 2024, Şənbə, 11:50
Baş prokuror Binəqədidə baş verən yanğından danışıb: Təqsirli şəxslər məsuliyyətə cəlb ediləcək

Binəqədi rayonunda baş verən yanğınla bağlı istintaq hərəkətləri davam edir.

LiderXəbər xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, partlayışda xəsarət alan şəxslərin müalicəsi xəstəxanalarda davam edir.

"İş üzrə istintaq qrupu tərəfindən istintaq hərəkətləri aparılır, ekspertizalar təyin edilib", - Kamran Əliyev qeyd edib.

Baş prokuror yanğının baş verməsi ilə bağlı bir neçə versiyanın olduğunu diqqətə çatdırıb və əlavə edib ki, həmin versiyalar araşdırılır: “Nəticə olan kimi, təqsirli şəxslərin məsuliyyətə cəlb edilməsi təmin olunacaq”.

Qeyd edək ki, Bakının Binəqədi rayonunda yerləşən mebel sexində baş verən yanğında 9 nəfər ölüb.