Pressa.az » Ölkə » Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ

Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ

22 yanvar 2024, Bazar ertəsi, 13:10
Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ

Yanvarın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə və gündüz 1-4° isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 774 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Dağlıq və dağətəyi ərazilərdə gecə və səhər yolların buz bağlama ehtimalı var.


Oxşar Xəbərlər:

Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
08 yanvar 2024, Bazar ertəsi
Bakıya sulu qar yağacaq - XƏBƏRDARLIQ
Sulu qar və qar yağacaq
23 fevral 2023, Cümə axşamı
Sulu qar və qar yağacaq
Sabaha olan hava proqnozu açıqlanıb
06 fevral 2023, Bazar ertəsi
Sabaha olan hava proqnozu açıqlanıb