Pressa.az » Ölkə » Fevralın ilk gününün - Havası

Fevralın ilk gününün - Havası

31 yanvar 2024, Çərşənbə, 13:40
Fevralın ilk gününün - Havası

Fevralın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.


Oxşar Xəbərlər:

Bəzi yollar buz bağlayacaq - SABAHIN HAVASI
24 yanvar 2024, Çərşənbə
Bəzi yollar buz bağlayacaq - SABAHIN HAVASI
Yanvarın son gününün havası
30 yanvar 2024, Çərşənbə axşamı
Yanvarın son gününün havası
Qar yağacaq, yollar buz bağlayacaq
29 yanvar 2024, Bazar ertəsi
Qar yağacaq, yollar buz bağlayacaq