Pressa.az » Ölkə » Bəzi yollar buz bağlayacaq - SABAHIN HAVASI

Bəzi yollar buz bağlayacaq - SABAHIN HAVASI

24 yanvar 2024, Çərşənbə, 12:59
Bəzi yollar buz bağlayacaq - SABAHIN HAVASI

Yanvarın 25-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafi ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-65 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacaq.

Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.

Oxşar Xəbərlər:

Külək, yağış, qar - Sabahın havası
05 dekabr 2023, Çərşənbə axşamı
Külək, yağış, qar - Sabahın havası
Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ
22 yanvar 2024, Bazar ertəsi
Qar yağacaq, yollar buz bağlayacaq - PROQNOZ
Sabahın hava proqnozu
23 yanvar 2024, Çərşənbə axşamı
Sabahın hava proqnozu