Pressa.az » Ölkə » Şənbə günü hava necə olacaq?

Şənbə günü hava necə olacaq?

02 fevral 2024, Cümə, 18:10
Şənbə günü hava necə olacaq?

Fevralın 3-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Oxşar Xəbərlər:

Qar yağacaq, yollar buz bağlayacaq
29 yanvar 2024, Bazar ertəsi
Qar yağacaq, yollar buz bağlayacaq
Bəzi yollar buz bağlayacaq - SABAHIN HAVASI
24 yanvar 2024, Çərşənbə
Bəzi yollar buz bağlayacaq - SABAHIN HAVASI
Sabah Bakıda 25° isti olacaq
13 aprel 2023, Cümə axşamı
Sabah Bakıda 25° isti olacaq