Bu Monitorinq Mərkəzləri “exit-poll”un nəticələrini açıqladı
Sosioloji Tədqiqatlar Mərkəzi Azərbaycanda növbədənkənar prezident seçkilərində keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb.
LiderXəbər xəbər verir ki, “exit poll”un nəticələrinə əsasən, seçicilərin 92,4 faizi İlham Əliyevə səs verib.
Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,2 faiz,
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 0,6 faiz,
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 2 faiz,
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,8 faiz,
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,6 faiz,
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - 0,4 faiz səs toplayıb.
“Exit-poll”da iştirak edənlərin 51,2 faizini qadınlar, 48,8 faizini kişilər təşkil edib. Bununla yanaşı, respondentlərin 35,6 %-i 18-35 yaş arası, 38,9 %-i 36-55 yaş arası, 23,5%-i isə 55 yaşdan yuxarı olub.