Pressa.az » Ölkə » Sabahın hava proqnozu

Sabahın hava proqnozu

15 fevral 2023, Çərşənbə, 13:27
Sabahın hava proqnozu

Fevralın 16-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Oxşar Xəbərlər:

Sabah rayonlara qar yağacaq
15 fevral 2023, Çərşənbə
Sabah rayonlara qar yağacaq
Sabaha olan hava proqnozu açıqlanıb
06 fevral 2023, Bazar ertəsi
Sabaha olan hava proqnozu açıqlanıb
Sabahın hava proqnozu
24 yanvar 2023, Çərşənbə axşamı
Sabahın hava proqnozu
Həftənin ilk iş günü hava necə olacaq?
22 yanvar 2023, Bazar günü
Həftənin ilk iş günü hava necə olacaq?