Pressa.az » Ölkə » Sabah rayonlara qar yağacaq

Sabah rayonlara qar yağacaq

15 fevral 2023, Çərşənbə, 13:32
Sabah rayonlara qar yağacaq

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.havanın temperaturu gecə 1-3° isti, gündüz 4-6° isti olacaq.

Atmosfer təzyiqi 763 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Oxşar Xəbərlər:

Sabahın hava proqnozu
15 fevral 2023, Çərşənbə
Sabahın hava proqnozu
Sabaha olan hava proqnozu açıqlanıb
06 fevral 2023, Bazar ertəsi
Sabaha olan hava proqnozu açıqlanıb
Həftənin ilk iş günü hava necə olacaq?
22 yanvar 2023, Bazar günü
Həftənin ilk iş günü hava necə olacaq?
Sabah qar kəsiləcək, külək mülayimləşək
09 fevral 2023, Cümə axşamı
Sabah qar kəsiləcək, külək mülayimləşək