Pressa.az » Ölkə » Şaxta, duman, qar - Sabahın havası

Şaxta, duman, qar - Sabahın havası

22 fevral 2024, Cümə axşamı, 13:18
Şaxta, duman, qar - Sabahın havası

Fevralın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən LiderXəbər-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

Oxşar Xəbərlər:

Duman, yağış, qar - Sabahın havası
06 dekabr 2023, Çərşənbə
Duman, yağış, qar - Sabahın havası
Sabahın hava proqnozu
20 fevral 2024, Çərşənbə axşamı
Sabahın hava proqnozu
Sabah sulu qar yağacaq - PROQNOZ
15 fevral 2024, Cümə axşamı
Sabah sulu qar yağacaq - PROQNOZ